525.Az

“Füzuli poetikası” nəşr edildi


 

“Füzuli poetikası” nəşr edildi<b style="color:red"></b>

Bu günlərdə “Yazıçı” nəşriyyatı tərəfindən professor Gülşən Əliyeva-Kəngərlinin “Füzuli poetikası” adlı dərs vəsaiti işıq üzü görüb.

525.az-a verilən məlumata görə, kitaba müəllifin dahi şairin mükəmməl və mürəkkəb poetik sistemi ilə bağlı orijinal yazıları daxildir.

Müəllif, həmçinin burada Füzuli poeziyasına Şərq poetik kanonlar və məcazlar, müəmmalar, poetik fiqurlar, mübaliğə və təşbehlərin bədii-fəlsəfi sistemi kimi yanaşır.

Füzulişünaşlığın nəzəri qənaətlərinə, orta əsrlər Şərq poetikası və estetikasına, xüsusilə də Füzulinin nəzəri konsepsiyasına istinad edən müəllif Füzulidə SÖZ, HÜSN, EŞQ, QƏM anlayışlanmn sufizmin zahidlikdən-arifliyə poetik təkamülün, bədii yalanın, rindu şeydalığın poetik-mistik mahiyyətini açmağa çalışır.
 
Kitab ADMİU-nun tələbələri, habelə ədəbiyyatşünaslar, filosoflar, klassik poeziya xiridarları, şeir vurğunları və füzulisevərlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın readaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Əliyar Səfərlidir.

 





14.09.2015    çap et  çap et