525.Az

Bakı növbəti kitab bayramına hazırdır


 

Bakı növbəti kitab bayramına hazırdır<b style="color:red"></b>

Sentyabrın 16-da IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, sərgidə 30 xarici, 100 milli təşkilat iştirak edəcək.
 
Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkanın saat 16:00-da rəsmi açılışı keçiriləcək.

Sentyabrın 18-ə kimi davam edəcək tədbirdə iştirakçılar və ziyarətçilər üçün hərtərəfli şərait yaradılıb.
 
Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə milli kitabxanalarının saziş imzalama mərasimləri, musiqili təqdimatlar, ALİSA proqramının nümayişi nəzərdə tutulub.

Növbəti sərgi də yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açacaq.

 





14.09.2015    çap et  çap et