525.Az

Marneulidə "Rənglər festivalı"


 

Marneulidə "Rənglər festivalı" <b style="color:red"></b> Azərbaycanlıların kompakt yaşadığı Marneulidə "Rənglər festivalı" keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir 2015-2016-cı tədris ilinə həsr olunub.
 
Festivalda Marneulidə fəaliyyət göstərən musiqi kollektivləri, ansambllar, gənc müğənnilər və ətraf kəndlərdən gələn yuxarı sinif şagirdləri iştirak edib. Konsertdə gənclərə rəng tozu paylanılıb və gənclər bir-birilərini rəngarəng tozlarla rəngləyiblər.
 
Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev APA-ya açıqlamasında Marneulidə ilk dəfə olaraq belə festivalın keçirildiyini bildirib: "Bu gün rayon ərazisində fəaliyyət göstərən bütün məktəblərdə yeni tədris ilinin açılışı olub. Dərsdən sonra təşkil etdiyimiz bu festival mahnı proqramları ilə, gənclərin bir-birilərini müxtəlif rəng tozları ilə rəngləməsi təbirin gedişinə daha da məzmun qatıb. Düşünürük ki, belə tədbirlər gənclərin sevincinə səbəb olub".
 





15.09.2015    çap et  çap et