525.Az

Bakıda “avtoşlar” ağır qəzaya düşdü


 

Bakıda “avtoşlar” ağır qəzaya düşdü<b style="color:red"></b> Dekabrın 28-nə keçən gecə Bakı şəhərinin Babək prospektində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

3 saylı şəhər xəstəxanasından verilən məlumata görə, saat 01:50 radələrində 1988-ci il təvəllüdlü Muradov Məhərrəm Aslan oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1990-cı il təvəllüdlü Babayev Cabir Yaşar oğlu, 1992-ci il təvəllüdlü Quliyev Süleyman Ceyhun və 1998-ci il təvəllüdlü Məmmədov Rəhim Hidayət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya gətirilib.
 
Qəzaya uğramış avtomobilin gecə saatlarında “avtoşluq” etdiyi bildirilir.

lent.az
 





28.12.2012    çap et  çap et