525.Az

Qafqaz Universitetində "Bilik günü" - Fotolar


 

Qafqaz Universitetində "Bilik günü" - <b style="color:red">Fotolar</b>

Qafqaz Universitetində "Bilik günü" qeyd edilib.

İlk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himnimiz səsləndirilib.

Universitetin rektoru Ahmet Saniç çıxış edərək tədbior iştirakçılarını salamladı. Onun sözlərinə görə, Azərbaycanın nümunəvi ali təhsil müəssisələrindən olan Qafqaz Universiteti, bir dünya üniversiteti olaraq şərəflə fəaliyyətini davam etdirməkdədir:

"Ali təhsil ocağımıza xaricdən təhsil almaq üçün üz tutan tələbələrimizin sayı hər il durmadan artır.

Türkiyə, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğğizıstan, İran, Küveyt kimi yaxın ölkələrlə yanaşı, Koreya, Ukrayna, Peru, İndoneziya, Myanma, Yəmən, Çad, Mozambik kimi uzaq ölkələrdən də gələn tələbələrimiz universitetimizə əlavə rəngarənglik qatır. Universitetimizdən məzun olan tələbələrimiz dünyanın 67 fərqli ölkəsində işləyir və təhsillərini davam etdirirlər. Məzunlarımızın 85 faizi təhsillərini başa vurduqdan sonra işlə təmin edilir".

Rektor vurğulayıb ki, Qafqaz Universiteti texniki baza baxımından çox zəngindir. Burada müasir labaratoriyalar quraşdırılıb. Müəllim heyətinin əksəriyyyəti beynəlxalq təcrübəyə sahibdirlər.

Onun sözlərinə görə, builki qəbul imtahanlarında 700 bal toplayan 2 tələbə və 600-700 bal nəticə göstərmiş 259 abituriyent məhz gələcək təhsil üçün Qafqaz Universitetini seçib. Eyni zamanda magistratura imtahanlarında ən yüksək bal toplamış tələbələrin də seçimi məhz Qafqaz Universiteti olub.

Bu təhsil ocağının tələbələri beynəlxalq və respublika əhəmiyyətli elm olimpiadalarında daima yüksək nəticələr göstərirlər.

Tələbələr bu il yay təcrübə proqramları çərçivəsində Azərbaycan ilə yanaşı Avropa və Türkiyəyə göndəriliblər. Gələcək illərdə Amerika və Kanadaya da göndərilmə planlaşdırılır.

Rektor bildirib ki, bu il ilk dəfə QU-Radio ilə yanaşı QU-Televiziya da fəaliyyətə başlayacaq. Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlərin Qafqaz Universiteti ilə əməkdaşlıq etdiyini deyən A.Saniç bildirib ki, onların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də var: "Azersun, Gilan Holding, Embawood, Akkord kimi şirkətlərlə də əməkdaşlığımız davam etməkdədir. Universitetdə qurulmuş texnopark da 4 ildir ki, fəaliyyət göstərir. Azərbaycandakı şirkətlərin bir çoxu bu texnoparkda təmsil olunurlar.

Universitetimizdə bir çox beynəlxalq elmi konfranslar da təşkil olunub. Məsələn informasiya texnologiyaları ilə bağlı konfransımız Azərbaycanda başladılıb, Qazaxıstan, Özbəkistan və Gürcüstanda davam etdirilib. Builki konfrans isə oktyabrda Rusiyada təşkil olunacaq".

Rektor bildirib ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Qafqaz Universiteti bu illər ərzində Prezident İlham Əliyev başda olmaqla bir çox dövlət adamlarının, Azərbaycan xalqının dəstəyini daima hiss edib. Onun sözlərinə görə, universitetin 800 tələbəsi Avropa Oyunlarına dəstək verib, Azərbaycanın tanıdılması işində yaxından iştirak ediblər.

Rektor sonda yeni tədris ilində tələbələrə uğurlar arzulayib.

Yüksək bal toplayaraq Qafqaz Universitetini seçən tələbələrə qiymətli elektronik hədiyyələr verilib.

700 bal toplayan Firuz Abdıyev və Əli Allahverdiyev öz ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırdılar və Qafqaz Universitetinin tələbəsi adını qazandıqları üçün fəxr etdiklərini söylədilər.

Tədbirdə Universitet koollektivi ile yanaşı Abşeron icra hakimiyyətinin nümayəndəsi tələbələr və valideynlər iştirak edib.

Sonda Universitetin tələbələrdən ibarət bədii özfəaliyyət kollektivinin konserti keçirilib.

SABİR

 





15.09.2015    çap et  çap et