525.Az

Vurulan pilotsuz uçan aparatın tipi bəlli oldu


 

Vurulan pilotsuz uçan aparatın tipi bəlli oldu <b style="color:red"></b> Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatın tipi bəlli olub.

525.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dəqiqləşdirilmiş məlumata görə, dünən cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:

- Qanadların açılışı 3030 mm.

- Uzunluğu 2100 mm.

- Kreyser sürəti 85-115 km/saat

- Maksimal uçuş sürəti 180 km/saat

- Havada qalma müddəti:
      elektrik mühərriki ilə 1.5 saat
      benzin variantında 8 saatadək

- Maksimal uçuş məsafəsi 130 km.

- Maksimal uçuş hündürlüyü 2000 m.

- Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək

- Qalxma üsulu katapult

- Enmə üsulu paraşüt
 





16.09.2015    çap et  çap et