525.Az

BMT Baş Assambleyasının 70-ci sessiyası başlayıb


 

BMT Baş Assambleyasının 70-ci sessiyası başlayıb<b style="color:red"></b>

Nyu-Yorkda BMT mənzil-qərargahında Baş Assambleyanın 70-ci sessiyası öz işinə başlayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, birinci iclası  sədr, Danimarka XİN-in sabiq rəhbəri Moqens Likketoft açıb.
 
“Mən BMT Baş Assambleyasının 70-ci sessiyasını açıq elan edirəm”, deyə çəkici vuraraq Moqens Likketoft elan edib. 
 
Moqens Likketoft həmçinin bir dəqiqəlik “sükut, dua və düşünmə” elan edib.  
 
Qeyd edək ki, Baş Assambleyanın birinci iclasında təşkilata üzv olan 193 ölkənin nümayəndə heyəti və BMT-nin baş katibi Pan Qi Mun iştirak edir. 

 





16.09.2015    çap et  çap et