525.Az

PAOK-un Bakıya gələcək heyəti müəyyənləşdi


 

PAOK-un Bakıya gələcək heyəti müəyyənləşdi<b style="color:red"></b>

Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq PAOK-un Bakıya gələcək heyəti müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Saloniki təmsilçisi bu gün paytaxtımıza 20 futbolçu ilə gələcək.

PAOK-un baş məşqçisi İqor Tudorun müəyyənləşdirdiyi heyətdə komandanın yeni transferi Dimitar Berbatov da yer alıb.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da başlayacaq.

Qapıçılar: Robin Olsen, Nikos Melissas, Panagiotis Qlukos

Müdafiəçilər: Sletios Malezas, Miqel Vitor, Rikardo Kosta, Dimitris Konstantinidis, Giorhos Tzavellas, Stelios Kitsiou

Yarımmüdafiəçilər: Alexandros Tziolis, Eyal Qolasa, Robert Mak, Xaris Xarisis, Qarri Rodriqes, Qiannos Mustakidis, Erik Sabo, Dimitris Pelkas

Hücumçular: Jairo da Silva, Stefanos Athanasiadis, Dimitar Berbatov

 





16.09.2015    çap et  çap et