525.Az

"Qafqaz İslam Ordusunun Azərbaycanda izləri" kitabı nəşr edilib


 

"Qafqaz İslam Ordusunun Azərbaycanda izləri" kitabı nəşr edilib<b style="color:red"></b>

Bakının Qurtuluşunun 97-ci ildönümü münasibəti ilə tarixçi-alim Nəsiman Yaqublunun "Qafqaz İslam Ordusunun Azərbaycanda izləri" kitabı nəşr edilib.

N.Yaqublu kitabla bağlı "525"ə bunları bildirib:
 
"Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu yalnız Bakını azad etməyib. Onlar böyük fədakarlıqla Azərbaycanın əksər bölgələrini azad ediblər. Məqsədim məhz bu faktları oxuculara çatdırmaq olub. Onlar Gəncədə, Göyçayda, Ucarda, Kürdəmirdə, Hacıqabulda, Ağsuda, Şamaxıda, Qobustanda, Qobuda, Güzdəkdə və digər Bakı ətrafı bölgələrdə savaşıb torpaqlarımızı düşmənlərdən azad etmişlər. Onlar vətənimizin Vətən olması üçün unudulmaz işlər gördü.

M.Ə.Rəsulzadə yazırdı ki, əgər 28 mayda biz istiqlalımızı sözdə elan etmişdiksə,15 sentyabrda  bunu əməli şəkildə həyata keçirdik. Həqiqətən də İstiqlalımızın reallaşmasında, Cümhuriyyətimizin yaşamasında Qafqaz İslam Ordusunun fədakarlığı danılmazdır. Min yüzdən  çox Türk əsgəri canını Azərbaycanın azad edilməsi üçün fəda etdi. Biz onları unutmamalıyıq. Bax bu tarixi yaşatmaq üçün qızmar yay günlərində onların azad etdiyi Azərbaycan bölgələrini qarış-qarış gəzdim, o yerlərin fotolarını çəkdim, Türk  şəhid məzarlarını ziyarət etdim,arxivlərdən sənədlər topladım və kiabı nəşr etdirdim.

Bu işdə mənə həmin bölgələrdə yaşayan dostlarım yaxından köməklik göstərmişlər. Kitabın nəşrinə dəstək olmuş dəyərli ziyalımız Cavanşir Feyziyevə də təşəkkürümü bildirirəm. Biz həqiqət tariximizi yaşatmalıyıq.
Bunu etməliyik ki, Azərbaycan gəncliyi milli ruhda böyüsün və Azərbaycanı sevsin".

 





16.09.2015    çap et  çap et