525.Az

Şagird gündəliklərində Dövlət Bayrağı və Dövlət Müstəqilliyi günlərinin yeri səhv göstərilib


 

Şagird gündəliklərində Dövlət Bayrağı və Dövlət Müstəqilliyi günlərinin yeri səhv göstərilib<b style="color:red"></b> Orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib.
 

APA-nın məlumatına görə, Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
 
Təhsil Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır.
 
Nazirlikdən onu da qeyd ediblər ki, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılacaq.
 





16.09.2015    çap et  çap et