525.Az

Tacikistanın keçmiş müdafiə nazirinin müavini öldürüldü


 

Tacikistanın keçmiş müdafiə nazirinin müavini öldürüldü<b style="color:red"></b> Tacikistanın keçmiş müdafiə nazirinin müavini, general Abdulhalim Nazarzoda öldürülüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.
 
Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində həmçinin daha 30 qiyamçı məhv edilib, 100-dən çoxu həbs edilib. Güc strukturları tərəfindən “Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri Rustam Amakiyevin öldüyü bildirilir.
 
Qeyd edək ki, Abdulhalim Nazarzoda  sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkilində ittiham edilirdi.
 





17.09.2015    çap et  çap et