525.Az

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb - Yenilənib


 

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb - <b style="color:red">Yenilənib</b>

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.
 
Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır. 
 
*** 10:56

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.
 
Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirlikdən onu da qeyd ediblər ki, Bakıdan hadisə yerinə həkim briqadaları cəlb olunub.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün əməliyyat olunur.
 
*** 09:58
 
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. 

 





17.09.2015    çap et  çap et