Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor"a (Donetsk) qarşı matçda zədələnən "Real"ın futbolçusu Serxio Ramos tibbi müayinədən keçib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onun çiyninin çıxdığı məlum olub. Bu səbəbdən S.Ramosun 1 ay yaşıl meydanlarda uzaq qalacağı bildirilib.
Bu isə o deməkdir ki, ispan müdafiəçi La Liqada "Qranada", "Atletik" (Bilbao), "Malaqa" və ÇL-də "Malmö"yə qarşı oyunları buraxmalı olacaq.
çap et