525.Az

Tərcümə Mərkəzi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında


 

Tərcümə Mərkəzi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında <b style="color:red"></b>

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman sarayında keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir.

Mərkəzdən 525.az-a verilən məlumata görə, sərgidə 100-ə yaxın milli, 30-a yaxın xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları ilə yanaşı Tərcümə Mərkəzinin nəşrləri də nümayiş etdirilir.

Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub.

Stendimizi həm ölkə vətəndaşları, həm də xarici qonaqlar ziyarət edir, kitablar, tərcümə kataloqları və digər tanıtım nəşrlərimizlə yaxından tanış olurlar. Nəşrlərimiz bütün kitabseverlərə endirimlə təqdim olunur.

Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.

 





17.09.2015    çap et  çap et