525.Az

"ADA" Universitetinin professor və tələbə heyəti şərəf andı içib


 

"ADA" Universitetinin professor və tələbə heyəti şərəf andı içib<b style="color:red"></b>

"ADA" Universitetinin professor və tələbə heyətinin Şərəf Kodeksi andının içilməsi mərasimi keçirilib. Bu tədris ilində universitetin bakalavr və magistr proqramlarına 562 nəfər yerli və xarici tələbə qəbul olub.

Universitetdən verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir "ADA" Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbirdə bu il universitetin həm bakalavr pilləsinə, həm də magistraturaya qəbul olunan yerli və xarici tələbələr, o cümlədən, professor və müəllim heyəti Şərəf Kodeksi andı içiblər. Onlar "ADA" Universitetinin rektoru Hafiz Paşayev və dekanlar tərəfindən "İnam rəmzi" hesab edilən "ADA" medalları ilə təltif olunublar.

Şərəf Kodeksinin təqdim edilməsi və şərəf andının içilməsi yeni akademik ilin əvvəlində "ADA" universitetində keçirilən ənənəvi mərasimdir. Tədbir zamanı tələbələr universitetin Şərəf Kodeksində əksini tapan öhdəlikləri öz üzərlərinə götürmək və şərəf andını imzalamaq şansı əldə edirlər. Kodeksi imzalayan tələbələr dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşmağa, özlərinə, tələbə yoldaşlarına və professorlara hörmət etməyə, heç bir halda ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda, imtahanlar zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi hallardan uzaq durmağa söz verirlər.

Tədbirdə "ADA" Universitetinin rektoru Hafiz Paşayev qısa müddətdə əldə etdikləri nailiyyətlərdən, təhsil ocağındakı sürətli inkişafdan söz açıb, uğurların davamlı olacağını diqqətə çatdırıb.

Vəfa MƏMMƏDLİ

 





17.09.2015    çap et  çap et