525.Az

"Qəbələ"dən heç-heçə


 

"Qəbələ"dən heç-heçə<b style="color:red"></b>

Dünən Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ölkəmizi ilk dəfə sözügedən turnirdə təmsil edən “Qəbələ”də ilk oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın PAOK klubunu qəbul edib. “Pley-off”da “Panatinaikos”u mübarizədən kənarlaşdıran təmsilçimiz PAOK-a da gücünü göstərməyə çalışacaqdı. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 1-i "Krasnodar"a qarşı keçirəcək.

17 sentyabr

Avropa Liqasının qrup mərhələsi, I tur

22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan) - 0:0

Hakimlər: Xavyer Estrada, Miqel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (hamısı İspaniya)

Bakı. 8-ci kilometr qəsəbə stadionu


“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç,  Vitali Vernidub,  Arif Daşdəmirov, Rikardinyo, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets , (Fakunda Pereyra, 46), Meza Kolli,  Dodo (k) (Samir Zərgərov,83), Aleksey Antonov

Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov, Elvin Camalov,  Vaqif Cavadov

PAOK: Olsen, Migel Vitor, Rikardo Kosta, Tzavellas, Kitsiou, Tziolis, Mak, Rodriqes, Sabo (Jairo, 85), Pelkas ( Qolasa, 76), Atahansiadis (k) (Dimitar Berbatov, 59)

Ehtiyat oyunçular: Glukos, Malezas, Konstantinidis, Çarisis

 





18.09.2015    çap et  çap et