525.Az

Havanın çirklənməsi hər il 6,6 milyon nəfəri öldürəcək


 

Havanın çirklənməsi hər il 6,6 milyon nəfəri öldürəcək<b style="color:red"></b>

2050-ci ilədək havanın çirklənməsi ilə əlaqədar ölüm hallarının sayı təqribən 2 dəfə artaraq ildə 6,6 milyon nəfərə çatacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, alimlərin fikrincə, zərərli qaz tullantılarının məhdudlaşdırılması üzrə heç bir tədbir görülməsə, göstərilən statistika reallaşa bilər.

Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmələrinə əsasən, atmosferin toksik qazlar və kanserogenlə çirklənməsi hər il təqribən 3,5 milyon nəfərin ölümünə səbəb olür.

 





18.09.2015    çap et  çap et