525.Az

“Facebook” jurnalistlərin işini asanlaşdırıb


 

“Facebook” jurnalistlərin işini asanlaşdırıb<b style="color:red"></b>

“Facebook” şirkəti jurnalistlər və KİV nümayəndələri üçün informasiya axtarışı sistemi yaradıb.
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Signal” adlanan yeni layihə "Facebook” və “Instagram” servislərində xəbərləri və populyar mövzuları izləməyə imkan verir.
 
“Facebook”un xəbərlər və qlobal media bölməsinin rəhbəri Endi Mitçelin sözlərinə görə, söhbət sosial şəbəkələrdən əldə edilən informasiyadan gedir. Biz “Facebook” şəbəkəsinin miqyasını və oradakı informasiyanın əhəmiyyətini nəzərə alaraq qarşımıza jurnalistlərin belə materiallardan istifadəsini asanlaşdırmaq məqsədi qoymuşuq.
 
KİV nümayəndələrinə yeni sistemdən istifadəyə icazə müraciət əsasında verilir.
 
“Signal” sistemi sayəsində jurnalistlər “Facebook” və “Instagram” şəbəkələrində dərc edilən şərh, fotoşəkil və videomateriallardan real vaxt rejimində istifadə edə biləcəklər. 
 
“Facebook” dünyanın ən böyük sosial şəbəkəsi olmaqla 1,5 milyard istifadəçiyə malikdir, - "TASS” yazır.

 





18.09.2015    çap et  çap et