525.Az

Donald Tramp Ağ evin başçısı seçilsə, prezident maaşından imtina edəcək


 

Donald Tramp Ağ evin başçısı seçilsə, prezident maaşından imtina edəcək<b style="color:red"></b>

ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmağa çalışan biznesmen Donald Tramp Ağ evin rəhbəri seçiləcəyi təqdirdə, ildə 400 min dollar həcmində olan prezident maaşından imtina edəcəyini bildirib.

Trend-in "Forbes" jurnalına istinadən verdiyi məlumata görə, şəxsi tikinti imperiyasına başçılıq edən Donald Trampın varidatı 4,1 milyard dollar həcmində qiymətləndirilir. Onun özü isə kapitalının 10 milyard dollardan artıq olduğunu iddia edir.

Respublikaçılar arasında reytinqə liderlik edən milyarder bir qədər əvvəl seçkiqabağı kampaniyasına 1 milyard dollar xərcləməyə hazır olduğunu demişdi.

 





19.09.2015    çap et  çap et