525.Az

"İranda Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar"


 

"İranda Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar"<b style="color:red"></b> "Hər cümə namazından sonra Tehranda "Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar".
 
APA-nın xəbərinə görə, bunu ABŞ-ın CBS telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhani deyib.
 
İran lideri bildirib ki, bu, ABŞ-ın bundan öncəki hakimiyyətlərinin siyasətinə reaksiyadır.
 
Buna misal olaraq H. Ruhani İran-İraq müharibəsi zamanı ABŞ-ın Səddam Hüseynə dəstək verməsini göstərib.
 
"Əslində, İran xalqı amerikalılara hörmətlə yanaşır və müharibə istəmir", - deyə H. Ruhani bildirib.
 





19.09.2015    çap et  çap et