525.Az

"Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə..."


 

"Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə..."<b style="color:red"></b> Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, rəsmi Vaşinqton bu ölkəyə dəstəyini dayandıra bilər.
 
APA-nın Ukraynanın “Novoe vremya" nəşrinə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arsen Yasenyuka bu xəbərdarlığı ABŞ-ın vitse-prezidenti Co Bayden edib.
 
Bu barədə açıqlama verən vitse-prezidentin müşaviri Maykl Karpenter hansı növ hədədən söz getdiyini açıqlamayaraq, xəbərdarlığın çox sərt olduğunu vurğulayıb.
 
Bundan başqa, vitse-prezident bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar asanlıqla gücləndirilə bilər, çünki sanksiyalar 10 ballıq şkala üzrə hələlik 3-cü səviyyədədir.
 
Qeyd edək ki, bu il iyunun 19-da amerikalı senatorlar ABŞ-ın Ukraynaya hərbi yardımını əks etdirən qanunu təsdiq ediblər. Sənəddə rəsmi Kiyevə ABŞ tərəfindən atıcı silahlar və qumbaraatanların  veriləcəyi əksini tapıb.
 





19.09.2015    çap et  çap et