525.Az

Şairin Vətən harayı


 

Şairin Vətən harayı <b style="color:red"></b>

Vaxtı ilə bütöv Azərbaycan torpaqları olan Dərbənd, Cənubi Azərbaycan, Qərbi Azərbaycan parçalanaraq Rusiya, Ermənistan, İran Gürcüstan ərazilərinə qatılıb. Buna baxmayaraq harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan övladı öz milli qürurunu qoruyub, tariximizi, adət-ənələrimizi yaşadıb.

 

 Dəryada gəmim qaldıkitabının müəllifi Arif Nüvədili belə insanlardandır. O, Qərbi Azərbaycanda Zəngəzur mahalının Nüvədi kəndində dünyaya göz açıb, Vətənini, millətini, el-obasını sevə-sevə böyüyüb boya-başa çatıb. Azərbaycan Neft Kimya İnstitutunu bitirsə , ədəbiyyatı seçib, şairlik mərtəbəsinə yüksəlib. O, “Nüvədi harayıNüvədinin göz yaşlarıkitablarının müəllifidir. “Dəryada gəmim qaldışairin oxucularına təqdim etdiyi 3- kitabıdır.

 

Arif Nüvədilinin yaradıcılığında mövzu məhdudiyyəti yoxdur. O, müasir ədəbiyyatımızla bərabər, klassik ədəbiyyatımızın janrlarında da şeirlər yazıb. Yeri gəlmişkən onu da qeyd edək ki, indiki dövrdə qəzəl, qəsidə, təcnis, cinas, bayatı, gəraylı, məsnəvi, müxəmməs yazarlarımız tərəfindən unudulub. Arif Nüvədilinin bu sahədə xidməti danılmazdır. Klassik şeir janrlarını o, sanki yenidən ədəbiyyata qaytarır.

 

Hikmət dünyasıadlandırdığı şeir aləmi vasitəsi ilə özünün Vətənə, xalqa, türkçülüyə, insana, el-obasına, valideynlərə ülvi məhəbbətini, nadanlara, nakəslərə, onu həsrətə, ayrılığa vadar edən düşmənlərə isə dərin nifrətini bildirir. Bu mövzular şairin yaradıcılığında əsas yer tutur. Deyilən fikirlərin təsdiqi kimi aşağıdakı şeirləri göstərmək olar:

 

Mən necə doyum?”, “Lal məhəbbət”, “Ata eynəyi”, “Min qeyrət atına atıl meydana sair. “Lal məhəbbətşeirində o, yazır:

 

Xəlvətdə dolanıb, gizlin dayandım

 

Aşkarda odlanıb, pünhanda yandım.

 

Qəddin dəyən yeri gibləgah sandım,

 

Xudaya, bu zövqü insan duyarmı?

 

 

Burada qədər axıcılıq, ritmilik, obrazlılıq, poetiklik var.

 

Arif Nüvədili doğma yurdu Nüvədi kəndinin həsrəti ilə yazıb-yaradır. O, “Nüvədi harayı”, “Nüvədinin göz yaşlarıkitablarını doğulduğu doğma məskəni Nüvədiyə həsr etdiyi halda, bu kitabda da o, öz sevgisini, yanğısını gizlətmir. O, bu həsrəti yenidən yaşayır.

 

Müəllif doğma el-obasının təbiətinə, gözəlliklərə, dağlara, çaylara, fəsillərə öz sevgi həsrətini bildirir. Onları da ürək yanğısı, çırpıntısı ilə qələmə alır. Onun təbii gələn poetik deyimləri şeirin göynərtisini daha da artırır, oxucuya təsiri gücləndirir.

 

 

Buludlar donunu sıxdıqca hərdən

 

Göy otlar göyərib, boylanır yerdən;

 

Günəş ki, nur saçır, ziyası-zərdən,

 

Bahar xoşbəxt ilin, xoş qədəmidir.

 

 

Yaxud:

 

 

Dolanıb boynuna,dönüb başına,

 

Olaydım dərdindən halı dağların

 

Fələyin gözündən düşəndən bəri,

 

Tükənmir başının qarı dağların.

 

 

Ata eynəyişeirində valideynə olan səmimi münasibəti hiss edirik:

 

 

Yaxşını yamanı, əyrini pisi

 

Sənin arşınınla ölçürəm indi.

 

Mərdə quyu qazan mənfur nakəsi

 

Uzaqdan-uzağa seçirəm indi.

 

 

ŞairMənişeirində nadanlara, insani hisslərdən uzaq olanlara münasibətini belə təsvir edir:

 

 

Mən, qədirnaşünas doğulmamışdım,

 

Etdi soyuqqanlı bu həyat məni.

 

Kimə ki bir kərə dərdimi açdım,

 

Saldı yüz azara, nəhayət məni.

 

 

Min qeyrət atına atıl meydanaşeiri Vətən uğrunda, itirilmiş torpaqlarımız uğrunda mübarizəyə çağırışdır, haraydır.

 

Qarabağ, Şuşa, Laçın, Qərbi Azərbaycan, Təbriz həsrətli şairin arzusu, diləyi itirilən torpaqlarımızı geri almaqdır. O, bu arzu, bu xəyalla yaşayır, ümidini itirmir.

 

 

Bir yaram Göyçədir  bir yaram  Təbriz

 

Biri Qarabağdı  biri qan verir səssiz;

 

Dərbənd  yarasısa  qalıb təbibsiz,

 

Üzü qaysaqlayıb, yeri göynəyir.

 

 

Şairin şeirləri həddən artıq məntiqlidir. Mənaca, məzmunca, poetiklik baxımdan o qədər sanballıdır ki, elə bil şairin səsini eşidirsən. Bu, Arif Nüvədilinin ilhamının bəhrəsidir. O, şeirlərində sözlərin hamısını bədahətən gələn ilhamı ilə cilalayıb oxucuların ixtiyarına verir.

 

Arif NüvədilininDəryada gəmim qaldıkitabındakı şeirlərin bir məziyyəti ondadır ki, o, vaxtı ilə xalq arasında çox işlənən, son vaxtlar az qala unudulan sözləri yenidən həyata qaytarır, canlandırır, gələcək nəsillərə təqdim edir. Mən bunu şairin müasir ədəbiyyatımıza böyük töhfəsi kimi qiymətləndirirəm.

 

Şair haqqında diqqəti çəkən ən başlıca məziyyətlərdən biri hörmətli qələm dostumuzun ixtisasca mühəndis-elektrik olmasıdı. Tamam başqa sahənin mütəxəssisi olasan, ədəbiyyatı belə dərindən duyasan.

 

Arif Nüvədiliyə yeni yaradıcılıq uğurları arzusu ilə Saşa Əliyev

 

 





28.12.2012    çap et  çap et