525.Az

Ronaldo meydana jurnalistin badalaq vurduğu suriyalı uşaqla çıxdı


 

Ronaldo meydana jurnalistin badalaq vurduğu suriyalı uşaqla çıxdı<b style="color:red"></b>

“Real-Madrid”in portuqaliyalı hücumçusu Ronaldo “Qranada” ilə matç zamanı meydançaya suriyalı qaçqın uşaq Zaidlə çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Zaidlə atası Osama Əbdül Mohsen dünya gündəminə Suriyadan köç zamanı Macarıstan sərhəddində jurnalist Petra Lazlonun badalaq vurması ilə düşmüşdü.

Jurnalistin bu hərəkəti dünya ictimaiyyəti tərəfindən kəskin tənqid olunmuş və böyük rezonans yaratmışdı. “N1TV” kanalında çalışan Petra nəticədə işindən azad olunmuşdu.

Daha sonra məlum olub ki, Osama ölkəsində "Al-Fotuwa SC" futbol klubunun baş məşqçisi imiş. Kanal suriyalı məşqçidən üzr istəmiş və ona “CENAFE” idman məktəbində iş təklif edilmişdi.

 





21.09.2015    çap et  çap et