525.Az

“Qarabağ düyünü”- Yeni kitab


 

“Qarabağ düyünü”- <b style="color:red">Yeni kitab</b>

Bu günlərdə millət vəkili Aydın MirzəzadəninQarabağ düyünükitabı nəşr edilib. Nəfis şəkildə tərtib edilən kitabda Qarabağ probleminin başlama səbəblərindən tutmuş bu günə kimi baş verən bütün olaylara incəliyinə qədər nüfuz edilərək, cərəyan edən hər bir proses barəsində tutarlı məlumatlar öz əksini tapıb.

 

Həqiqətən XI fəsildən ibarət olan kitabda müəllif Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranan Qarabağ problemi ilə bağlı heç bir detalı kənarda qoymayıb hər bir məsələni incəliyinə kimi araşdırıb.

 

Kitabda ilk olaraq Dağlıq Qarabağ bölgəsinin tarixinə nəzər yetirilib. Müəllif bu ərazilərin tarixinə dair xırda bir məqamı da diqqətdən kənar qoymadan araşdırıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi vilayətlərindən, onun ayrılmaz hissələrindən, habelə ölkəmizin mühüm siyasi mədəni-mənəvi mərkəzi olduğunu qeyd edir. Müəllif ermənilərin Qarabağa köçürülməsi ilə bağlı da maraqlı məqamlara toxunub.

 

Dağlıq Qarabağ probleminin başlama səbəblərinin ermənilərin Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı ərazi iddialarının olduğunu qeyd edən müəllif məsələ ilə bağlı bir-birndən maraqlı faktlara diqqət çəkib. Məhz Azərbaycana torpaq iddiasının onun bir hissəsinin işğal edilməsinin Ermənistanın özünə çox ciddi problemlər yaratdığı bildirilir. Bu məqamın Ermənistanı regional iqtisadi layihələrdən kənar qoyaraq çoxmilyardlı gəlirlərdən iqtisadiyyatın modernləşdirilməsi imkanlarından məhrum etdiyi qeyd edilir. Azərbaycan torpaqlarının işğalı nəticəsində Ermənistan əhalisinin miqrasiyasının kütləvi hal aldığı, eləcə sosial-iqtisadi vəziyyətin pisləşdiyi, bununla yanaşı özünütəcrid militarist siyasətin bu ölkənin gələcəyini sual altında qoyduğu yer alıb.

 

Kitabda bütün bunlarla yanaşı Azərbaycanın sürətlə inkişafının səbəblərinə toxunulub. Müəllifə görə Ermənistan torpaqlarımızı  işğal etməsəydi, hazırda bu dövlət Azərbaycanın köməyi ilə sürətlə inkişaf edə bilərdi.

 

Kitabda problemin hazırki vəziyyətinə nəzər yetirilərək Dağlıq Qarabağ problemində bəzi anlayışlara da diqqət yetirilib. Müəllif bu problemin adının səsləndirilənlər kimi deyil, “Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğalından sonra doğan problemolduğunu bildirir. Nəşrdə işğal altında olan ərazilərdəki vəziyyət öz əksini tapıb. Problemlə bağlı beynəlxalq güclərin Azərbaycanı dəstəklədiyini qeyd edən müəllif münaqişənin digər problemlərlə eyniləşdirilməsinin yolverilməzliyinə diqqət çəkərək, bunlarla bağlı mühüm məqamlara yer verib. Kitabda erməni vəhşiliyinin bu gün durmadığı qeyd edilərək onların təkcə sadə vətəndaşları deyil, tarixi abidələri məhv etdiyi əks olunub. Həmçinin işğal nəticəsində Azərbaycana dəyən ziyan barədə məlumat verilərək, işğal olunmuş ərazilərdə dağıdılmış tarixi abidələrin siyahısı da kitabda yer alıb.

 

Nəşrdə Ermənistann Azərbaycana təcavüzünün ağır nəticələri barədə məlumat verilərək, problemlə bağlı Azərbaycanın mövqeyi, problemlə bağlı Ermənistan məşhurlarının etirafları, ermənilərin özləri haqqında dedikləri ilə əlaqədar diqqətçəkici məqamlar var.

 

Müəllif tarixi sənədlərlə məharətlə işləyərək, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərinə nəzər yetirib.

 

Kitabda Xocalı soyqırımına toxunularaq bu genosidin beynəlxalq aləmdə tanınması ilə bağlı dövlət başçısının, Heydər Əliyev Fondunun digər qurumların gördükləri işlər barədə ətraflı məlumat verilib.

 

Nəşrdə tükürpədici faktlar da yetərincədir. Onlardan birini olduğu kimi diqqətinizə çatdırırıq: “7 nəfərlik dəstədən sağ qalan Azərbaycan əsgəri Natiq Qasımov yaxınlıqdakı kilsənin yuxarısına Azərbaycan bayrağı sancaraq beş gün ac-susuz şəraitdə düşmən əhatəsində vuruşmuş, xeyli düşməni məhv etmişdir. Hiylə ilə əsir götürülərək bayraqla küçələrdən keçirilmişdir. 21 yaşlı Natiq Qasımovun sonrakı taleyindən xəbər yoxdur”.

 

Bütün bunlarla yanaşı kitabda toxunmadığımız digər maraqlı məqamlar da kifayət qədərdir. Həqiqətən , həm dil, həm üslub, həm faktlar baxımından son dərəcə zəngin olan kitab sözügedən mövzu ilə bağlı dəyərli vəsait hesab edilə bilər. Məhz belə faktlarla zəngin kitablarla dünya ictimaiyyətini erməni vəhşiliyi ilə tanış edə, onların üzünü, əsl məqsədlərini beynəlxalq aləmə çatdıra bilərik.

 

Aqil LƏTİFOV
 





28.12.2012    çap et  çap et