525.Az

Türkiyədə Atatürkün heykəlinin sökülməsi üçün referendum keçiriləcək


 

Türkiyədə Atatürkün heykəlinin sökülməsi üçün referendum keçiriləcək<b style="color:red"></b>

Türkiyənin Şimal Şərqindəki Rizə səhərindəki Cümhuriyyət Meydanında Mustafa Kamal Atatürkün heykəlinin sökülməsi üçün şəhər ərazisində lokal referendum keçirilməsi nəzərdə tutulur.

Bu barədə Trend AlJazeeraTürk-ə istinadən məlumat verir.

Məlumata əsasən, Cümhuriyyət Meydanında Atatürkün heykəlinin bundan əvvəl sökülərək yerində stəkan heykəli ucaldılması qərarı əhali arasında etiraza səbəb olsa da, bu qərarı dəstəkləyənlər də olub.

Yaranan problemin həlli üçün Rizə bələdiyyəsinin sədri Reşat Kasap yaxın zamanda lokal referendum keçiriləcəyini bildirib.

Məsələyə münasibət bildirən Atatürkçü Düşüncə Dərnəyinin Rizə nümayəndəliyinin rəhbəri Ömər Toprak ortaq dəyərlər üçün referendum keçirilməsinin yolverilməz olduğunu bildirib.

 





22.09.2015    çap et  çap et