525.Az

"Beşiktaş"dan 3000-ci qol


 

"Beşiktaş"dan 3000-ci qol<b style="color:red"></b>

Türkiyə superliqasının 5-ci turunda səfərdə "Gənclərbirliyi" ilə 1:1 bərabərə qalan "Beşiktaş" bu görüşdə yubiley qolunu vurub.

Qol.Az-ın məlumatına görə, həmin qola matçın 67-ci dəqiqəsində Gökhan Töre imza atıb.

23 yaşlı futbolçunun vurduğu qol "Beşiktaş"ın superliqa tarixində 3000-ci qolu olub. Bununla da, G.Töre vurduğu qolla adını klubun tarixinə yazdırıb.

"Beşiktaş" superliqada keçirdiyi 1877 oyunda 1002 qələbə qazanıb, 526 heç-heçə edib və 249 dəfə meydandan məğlub ayrılıb.

Qeyd edək ki, "Beşiktaş"ın superliqada 1500-cü qolunu 1991-ci ildə "Gənclərbirliyi" ilə görüşdə Zeki Önatlı, 2000-ci qolunu isə 1998-ci ildə "Fənərbaxça" ilə matçda Daniel Amokaçi vurub.

 





22.09.2015    çap et  çap et