525.Az

"Skype"dakı problemlər həll olunub - Yenilənib


 

"Skype"dakı problemlər həll olunub - <b style="color:red">Yenilənib</b>

"Skype"-ın texniki dəstəyi xidmətin işində yaranan problemləri həll edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, messencer artıq işləyir.
 
Dünyanın bir çox ölkələrində "Skype"-a daxil olma problemi yaranmışdı, o cümlədən ABŞ-da, Hindistanda, Rusiyada, Danimarkada və digər ölkələrdə.
 
İstifadəçilər 10 saatdan artıq müddət ərzində statuslarını dəyişmək, digər istifadəçilərlə əlaqə yaratmaq və yaxud ümumiyyətlə xidmətə daxil ola bilməyiblər.

*** 21.09.2015, 22:34

"Microsoft" korporasiyası "Skype" sosial şəbəkəsində yaranan problemlərin nə zaman aradan qaldırılacağını bilmir.
 
"APA-Economics"in məlumatına görə, bu barədə korporasiyanın yaydığı bəyanatda deyilir.
 
Məlumatda deyilir: "Biz "Skype"dan istifadəyə mane olan nasazlığın aradan qaldırılması istiqamətində işləyirik. Lakin nasazlığın nə zaman aradan qaldırılacağı məlum deyil".

Qeyd edək ki, "Skype"ın istifadəsində problemlər dünya üzrə müşahidə olunur.

*** 21.09.2015, 20:24

"Skype" proqramının işində problem yaranıb.

"APA-Economics"in lenta.ru saytına istinadən verdiyi məlumata görə, proqramın fəaliyyətində yaranan problemlər "Skype" vasitəsilə edilən zənglərə təsir edib. Bununla yanaşı, sosial şəbəkədə yarana nasazlıq statusların dərc edilməsində və s. sahələrdə problemlər yaradıb.
 
Şirkət baş vermiş problemlə bağlı istifadəçilərdən üzr istəyib və nasazlıqların qısa zamanda öz həllini tapacağını bildirib.

 





22.09.2015    çap et  çap et