525.Az

Stiven Siqal arzusuna çatdı


 

Stiven Siqal arzusuna çatdı<b style="color:red"></b>

Amerikalı məşhur aktyor və aikido ustası Stiven Siqal arzusuna çatdı.

Axşam.az-ın məlumatına görə, bu gün o, əfsanəvi azərbaycanlı karateçi, dördqat dünya çempionu, rəsmən “Dünya karatesinin brilliantı” adlandırılan Rafael Ağayevlə görüşüb.

Rafael görüşlə bağlı təəssüratlarını ATV.az-la bölüşüb:

“Mənə zəng edib dedilər ki, Stiven Siqal səni axtarır. Doğrusu, məşqə qetməli idim. Buna görə də yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovdan icazə alıb gəldim görüşə. Etiraf edim, Stiven Siqalın belə olmağını gözləmirdim. O mən gözlədiyimdən daha nəhəng və hündür idi. Onun mənimlə səmimi söhbəti xoşuma gəldi. Mənə bildirdi ki, çıxışlarımı çoxdan izləyir və döyüş üslubum onun xoşuna gəlir”.

 





22.09.2015    çap et  çap et