525.Az

Naringinin faydaları


 

Naringinin faydaları <b style="color:red"></b> Qışın gəlişindən xəbər verən naringiyə artıq bazarlarda rast gəlmək mümkündür. Bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur.

Aile.lent.az naringinin faydalarını təqdim edir.
 
- Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır.

- Piylənmə və yüksək xolesterol riskini azaldır.

- İmmunitet sistemini gücləndirən naringi eyni zamanda sağlam dəri toxumalarının formalaşmasına yardım edir.

- Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır.

- Tərkibindəki təbii antioksidanlar sayəsində dərini canlandırır.

- Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.

- Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.

- Saçlarda ağarmanı əngəlləyən naringi eyni zamanda cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.
 





22.09.2015    çap et  çap et