“Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüsson özünün yeni çapdan çıxan xatirələr kitabında maraqlı etiraflar edib.
Qol.Az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, o, 26 illik məşqçilik karyerası ərzində onun rəhbərliyi altında cəmi dörd dünya səviyyəli futbolçunun oynadığını yazıb.
“Hazırda müasir futbolda iki dünya səviyyəli oyunçu var: Messi və Ronaldo. “Mançester Yunayted”ə gəlində, mən 26 illik rəhbərliyim altında oynamış futbolçuları tənqid etmək və ya aşağılamaq istəmirəm. Amma qeyd etməliyəm ki, onların sırasında yalnız dörd futbolçu - Erik Kontona, Rayan Giggz, Pol Skoulz və Kriştiano Ronaldo dünya səviyyəli futbolçu olublar. Onların arasında Ronaldo şam ağacındakı bəzək kimi idi” – deyə Fergüsson yazıb.
çap et