525.Az

Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirin finalına bir neçə gün qalıb


 

Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirin finalına bir neçə gün qalıb<b style="color:red"></b>

Azərbaycan Kiberidman Federasiyası və Wargaming şirkəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə birgə yerli oyunçular arasında ilk həvəskar Azərbaycan Çempionatının final mərhələsini keçiriləcəyini elan edir.

On-line seçim turununun yekununa görə ən yaxşı nəticə əldə edənlər sentyabrın 26-da Marriott Absheron Baku otelində keçiriləcək çempionatın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, bu yarış Azərbaycanda ilk irimiqyaslı çempionat deyil. Belə ki, son 10 il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Kiberidman Federasiyası tərəfindən ölkədə kiberidman üzrə müxtəlif tədbir və yarışlar təşkil olunub.

Budəfəki yarışın təşkilində dünya bazarında MMO janrında pulsuz oyunların əsas istehsalçı olan Wargaming şirkətinin böyük əməyi var. Əsası 1998-ci ildə qoyulmuş şirkət bu günə kimi 15 adda layihə hazırlayıb. Hazırda Wargaming şirkəti MMO-oyunlarının döyüş seriyası üzərində çalışır.  Layihə XX əsr tank, hava və dəniz döyüşlərinə həsr olunub: World of Tanks, World of Warplanes i World of Warships. Hər üç layihə özündə dünyanın ən güclü vargeymerlərini cəmləyən ümumdünya Wargaming.net (www.wargaming.net) şəbəkəsinin tərkib hissəsidir.

2014-cü ildə Xbox 360-da World of Tanks və World of Tanks Blitz Wargaming adlı layihələri ərsəyə gətirməklə şirkət iki yeni platformaya çıxış əldə edib. 2015-ci ildə Xbox One-da World of Tanks və  PlayStation®4 üçün World of Tanks anonsunun relizi baş tutub.

Wargaming - video-oyunlar sahəsində ilk şirkətlərdəndir. Dünyanın bir çox hərbi-tarixi muzeyləri ilə əməkdaşlıq edir, tarixi hərbi texnikanın qorunub saxlanılması, yenidən qurulması üzrə tədbirlərlə fəal iştirak edir və bu mövzuya başqa şirkətlərdə maraq yaratmağa çalışır. Wargaming şirkətinin təşkil etdiyi bütün aksiya və layihələr 2013-cü ildə yaradılmış "Hər şeyi xatırlayırıq" qlobal proqram çərçivəsində həyata keçirilir.

Kiberidman Federasiyasından əldə etdiyimiz məlumata görə, sözügedən yarış Azərbaycanda keçirilən irimiqyaslı turnirlərdən biri olacaq: "Çempionatın yekun mərhələsi iki formatda keçiriləcək: komanda (3 x 3) və fərdi.  Fərdi yarışlarda isənilən şəxs qeydiyyatsız və ödənişsiz iştirak edə və öz məharətini nümayiş etdirə bilər".

Məlumat üçün bidirək ki, World of Tanks kütləvi on-line oyun növü olub, bütövlükdə XX əsrin ortalarına aid zirehli maşınlara həsr edilib. Milyonlarla tankçı ordusuna qoşulmaq üçün www.worldoftanks.ru saytına daxil olun.

Komanda yarışlarının finalçıları 5 min manatlıq mükafat fondu uğrunda mübarizə aparacaq. Onun 3 mini qızıl medal qazanan heyətə çatacaq. Fərdi hesabda qalib gələnə isə Apple iPhone 6 (64Gb) təqdim olunacaq. İkinci və üçüncü yerləri qazananlar isə Microsoft Xbox One konsol və Apple iPad mini 3 16GB planşeti ilə mükafatlandırılacaqlar.

Oyunlar arasındakı fasilə zamanı tədbirin qonaqları üçün əyləncəli proqram və Wargaming şirkətinin mükafatı uğrunda müsabiqələr təşkil olunacaq. Bundan əlavə, tədbirdə azyaşlı qonaqlar üçün zona təşkil olunacaq. Burada onları akvaqrim, yaradıcılıq və xüsusi hədiyyələr gözləyir.

Tədbiri  TNT və Comedy Radionun rezidenti Andrey Rodnoy və Nurlanə Cəfərova (106 fm) aparacaq.

Çempionatın final mərhələsi saat 12:00-da başlayacaq. Giriş hamı üçün ödənişsizdir. Turnir haqda ətraflı məlumat almaq üçün World of Tanks-ın rəsmi saytına daxil olun.

 





22.09.2015    çap et  çap et