525.Az

Britaniyalı arxitektor dronlar üçün aerovağzal tikəcək


 

Britaniyalı arxitektor dronlar üçün aerovağzal tikəcək<b style="color:red"></b> Britaniyalı arxitektor Norman Foster Ruandada pilotsuz uçan aparatlar (dronlar) üçün dünyanın ilk aerovağzalını tikməyi planlaşdırır.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dronlardan ölkənin ucqar yerlərinə dərman və tibbi preparatların çatdırılması üçün istifadə ediləcək.
 
Arxitektorun fikrincə, layihə milyonlarla insanın həyatını yaxşılaşdırmağa imkan verəcək.
 
Aparatlar üçün pilot meydançanın tikintisinə 2016-cı ildə başlamaq nəzərdə tutulur.
 
Enmə-qalxma zonası ilə yanaşı, pilotsuz uçan aparatlar üçün aerovağzal ərazisində poliklinika, poçt şöbəsi, anbarlar, eləcə də dronların yığılması və təmiri üzrə sex və elektron ticarət mərkəzinin inşası planlaşdırılır.
 
Bildirilir ki, aerovağzalda yerli sakinlər işləyəcək. Bu səbəbdən layihənin ölkədə çoxlu iş yerləri yarada bilməsinə kömək edəcəyi ehtimal edilir, - “Qazeta” yazır.
 





23.09.2015    çap et  çap et