525.Az

London dünya maliyyə texnologiyaları mərkəzi adını qoruyur


 

London dünya maliyyə texnologiyaları mərkəzi adını qoruyur<b style="color:red"></b> Londonda keçirilən bütün maliyyə texnologiyaları sövdələşmələrinin, o cümlədən birbaşa investisiya və alışların ümumi məbləği 18,4 milyard dollar təşkil edib.

525.az RYTN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə “William Garrity Associates” konsaltinq şirkətinin məlumatında deyilir.
 
“Silikon vadisi”ndə çoxlu maliyyə texnologiyaları startaplarının fəaliyyət göstərməsinə baxmayaraq London maliyyə texnologiyaları paytaxtı statusunu qoruyur. Böyük Britaniya paytaxtında sahənin inkişaf templəri digər texnoloji sahələrin artımını üstələyir.
 
“CB Insights” şirkətinin tədqiqatına görə, 2015-ci ilin ilk səkkiz ayında Londonda maliyyə texnologiyalarına yatırılan investisiyaların həcmi 2014-cü ilin ümumi göstəricisini geridə qoyub. Bu startaplara artıq yarım milyard dollar yatırılıb. Ötən il isə sahəyə 487 milyon dollar qoyulub.
 
“London və Birləşmiş Krallıq mövqeyini qoruyacaq. Mən inanıram ki, bu, “Silikon vadisi”ndə mümkün olmayacaq”, - Britaniya xəzinədarlıq xidmətinin nümayəndəsi Eylin Berbic bildirərək maliyyə texnologiyalarının ölkənin unikal xüsusiyyəti olmasını əlavə edib, - "Payspacemagazine” yazır.
 





23.09.2015    çap et  çap et