525.Az

Fikrət Qocaya "Şərəf" ordeni təqdim olunub


 

Fikrət Qocaya "Şərəf" ordeni təqdim olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Fikrət Qocaya "Şərəf" ordeninin təqdim olunması ilə əlaqədar mərasim keçirilib. 

APA-nın məlumatına görə, mərasimdə Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub və başqaları iştirak ediblər. 

Xalq yazıçısı Anar F.Qocanı "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib, şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Xalq yazıçısı E. Əfəndiyev F. Qocanı Azərbaycan ədəbiyyatının istedadlı şairi, novator qələm adamı kimi dəyərləndirib və bildirib ki, F. Qocanın 80 illik yubileyinin qeyd olunması Azərbaycan ədəbiyyatının hadisəsidir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev F. Qocanın vətəndaşlıq mövqeyindən bəhs edərək, onun müasir mədəniyyət mənzərəsində tutduğu yerə, mövqeyə toxunub. Nazir qeyd edib ki, F.Qocanın şeirlərindəki qəhrəmanlıq mövzusu gənclərə hər zaman örnək olub. Sonra  Ə. Qarayev "Şərəf" ordenini və prezident İlham Əliyevin təbrik məktubunu F. Qocaya təqdim edib.

Xalq şairi Zəlimxan Yaqub və AYB katibi Rəşad Məcid də çıxış edərək F. Qocaya 80 illik yubileyi münasibətilə xoş arzularını bildiriblər.

 





23.09.2015    çap et  çap et