525.Az

Gənc müəllimlər UNEC-də işə başladı


 

Gənc müəllimlər UNEC-də işə başladı<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər” layihəsi çərçivəsində 10 gənc müəllim işə başlayıb.

Universitetdən 525.az-a verilən məlumata görə, “Gənc müəllimlər” layihəsinin məqsədi özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri UNEC-ə cəlb etməkdir.

Yaşı 30-a qədər olan magistr təhsilli gənclər arasında elan edilən müsabiqəyə 411 nəfər müraciət edib.

Birinci mərhələdən 117 nəfər seçilərək, növbəti – müsahibə mərhələsinə dəvət olunub. Onların arasından seçilən 10 nəfər müəllim adını qazanıb.

Seçim zamanı xarici dil bilikləri olan, xaricdə təhsil almış və çalışmış gənclərə üstünlük verilib.

UNEC-də gənc müəllimlərin seçimi davam edir.
 





23.09.2015    çap et  çap et