525.Az

Putin Ərdoğanla bir arada


 

Putin Ərdoğanla bir arada<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə baş tutan görüşdə V. Putin türkiyəli həmkarına Moskvada Mərkəzi məscidin açılışında iştirak etdiyinə və məscidin tikintisinə etdiyi yardıma görə təşəkkürünü bildirib.
 
Rusiya-Türkiyə ikitərəfli münasibətlərinə toxunan V. Putin dövlətlərarası münasibətlərin inkişafından razı qaldığını söyləyib:

"Ən yüksək səviyyədə olan əlaqələrimiz bütün istiqamətlərdə - parlamentlər və hökumətlər səviyyəsində inkişaf edir. İqtisadi əlaqələrə gəldikdə isə demək istəyirəm ki, məlum zəifləmənin olmasına baxmayaraq, Rusiya Türkiyənin ikinci iqtisadi-ticarət tərəfdaşı olaraq qalır. İqtisadi-ticarət əlaqələrimizin diversifikasiyası davam edir. Bu bizi çox məmnun edir. Hər iki tərəfdən sərmayələrin həcmi artaraq 10 mlrd. dollara çatıb".

 





23.09.2015    çap et  çap et