525.Az

İbrahim Məmmədova vəzifə verildi


 

İbrahim Məmmədova vəzifə verildi<b style="color:red"></b>

Prezident İlham ƏIiyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən İbrahim Məmmədova yeni vəzifə təyinatı alıb.

Modern.az saytı xəbər verir ki, İbrahim Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini vəzifəsinə gətirilib.

“Region” TV-dən İ.Məmmədovun təyinatını təsdiqləyiblər.

Qeyd edək ki, “Region TV” televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə),  RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanın ilk televiziya şəbəkəsidir.

“Region TV” 2014-cü ilin ortalarından Bakıda yayıma başlayıb.

 





23.09.2015    çap et  çap et