Məkkədə Həcc mərasimində ölənlərin sayı ümumilikdə 4 min nəfəri ötüb.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Hazırda ölənlərin ümumi sayı 4173 nəfər təşkil edir.
Xatırladaq ki, sentyabrın 25-də Məkkədə Həcc mərasimində basırıq yaranmışdı. Ölənlərin əksəriyyəti Afrika ölkələri vətəndaşlarıdır. Basırıq zamanı 239 iranlı zəvvar da ölmüşdü.
*** 26.09.2015, 21:38
Mina dağında sentyabrın 24-də baş vermiş izdiham nəticəsində ölənlərin sayı 769 nəfərə çatıb, xəsarət alanların isə sayı 934 nəfər təşkil edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Bundan əvvəl faciə nəticəsində 753 nəfəri öldüyü, 863 nəfərin xəsarət aldığı bildirilmişdi.
*** 25.09.2015, 11:38
Məkkədə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb.
APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir.
Ölənlərin əsasən Afrika ölkələrindən gələn zəvvarlar olduğu açıqlanıb. Ölən və yaralanan ziyarətçilərin təxliyəsi üçün 4 min həkim personalı, 220 təcili yardım maşını cəlb olunub.
Qeyd edək ki, indiyədək Məkkədə ən böyük faciə 1990-cı ildə baş verib. Zəvvarlar tuneldən keçən zaman havalandırma sisteminin sıradan çıxması nəticəsində 1426 ziyarətçi dünyasını dəyişib.
*** 24.09.2015, 19:07
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 805 zəvvarın xəsarət aldığı deyilir.
*** 17:09
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 453 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 719 zəvvarın xəsarət aldığı deyilir.
Hadisənin şeytan daşlanması zamanı eskalatorda baş verdiyi müəyyənləşib. Bu əməl Mina dağında 3-cü mərtəbədə yerinə yetirilir. Daşlama əməlini yerinə yetirən zəvvarlar aşağı enərək, Məkkəyə gedən yola çıxmağa cəhd edərkən qarışıqlıq yaranıb və faciə baş verib.
*** 15:14
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 310-a yüksəldiyini açıqlayıb. Yaralıların sayının 450 nəfər olduğu bildirilir.
Faciənin zəvvarların Minada şeytan daşladığı zonaya gedən iki ana yoldan birində baş verdiyi xəbər verilir. Bəzi iddialara görə, yollardan yalnız biri açıq olub.
Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib.
*** 13:33
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.
APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 nəfər ölüb, 450 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının mülki müdafiə qurumu yayıb.
Hələlik hadisənin səbəbləri bəlli deyil.
çap et