525.Az

"Aeroflot"un törəmə şirkətinə Azərbaycana uçmaq qadağan olunub


 

"Aeroflot"un törəmə şirkətinə Azərbaycana uçmaq qadağan olunub<b style="color:red"></b>

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi "Aeroflot" aviaşirkətinin törəməsi olan "Pobeda" şirkətinə 15 ölkəyə uçuş həyata keçirməyi qadağan edib.

"APA-Economics"in məlumatına görə, bu ölkələr arasında Azərbaycan, Niderland Krallığı, Fransa, İtaliya, İspaniya, Macarıstan da var.
 
Loukoster bu 15 istiqamət üzrə uçuşları cari ilin sentyabrın 17-dən gələn ilin may ayının 14-dək yerinə yetirməyi planlaşdırırdı.

Artıq məsələyə Rusiyanın Nəqliyyat Nazirliyi də münasibət bildirib. Qurumdan TASS agentliyinə bildirilib ki, "Pobeda" xaricə uçuş yerinə yetirmək üçün icazəni 2 aydan sonra ala biləcək: "Hazırda loukosterlərə xaricə uçuş yerinə yetirməyə icazə verən sənəd Ədliyyə Nazirliyinə göndərilib. Sənədə 1-2 ay ərzində baxılacaq, ardınca dövlət qeydiyyatına alınacaq. Bundan 10 gün sonra sənəd qüvvəyə minir və aşağıbüdcəli aviaşirkətlər yaradılan imkandan istifadə edə bilər".

 





24.09.2015    çap et  çap et