525.Az

Rusiyanın ən nəhəng özəl şirkətləri hansılardır?


 

Rusiyanın ən nəhəng özəl şirkətləri hansılardır?<b style="color:red"></b> Rusiyanın 200 ən nəhəng özəl şirkətlərinin növbəti reytinqi açıqlanıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, reytinq Forbes jurnalının Rusiya nəşri tərəfindən tərtib olunub.
 
Son iki ildə olduğu kimi, bu dəfə də reytinqdə ilk yeri Vahid Ələkbərovun başçılıq etdiyi "Lukoil" şirkəti tutur. Şirkətin 2014-cü il üçün gəliri 4 749,2 milyard rubl təşkil edib.
 
İkinci yerdə daha bir neft şirkəti "Surqutneftqaz" (890,57 milyard rubl), üçüncü yerdə isə Rusiyanın ən iri pərakəndə satış-mağazalar şəbəkəsi “Maqnit” (763,5 milyard rubl ) qərarlaşıb.
 
İlk onluqda həmçinin “Tatneft”, “Başneft”, “Evraz” və “Norilskiy nikel” kimi şirkətlər yer alıb.
 





24.09.2015    çap et  çap et