525.Az

Təzəpirdə bayram namazı qılınıb


 

Təzəpirdə bayram namazı qılınıb<b style="color:red"></b>

Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

APA-nın xəbərinə görə, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Cəlil Şahbazovun imam-camaatlığı ilə qılınıb. Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.
 
Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub. 
 
Xatırladaq ki, sentyabrın 24-25-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

 





24.09.2015    çap et  çap et