525.Az

Bakı metrosunda cibgirlik etdilər


 

Bakı metrosunda cibgirlik etdilər<b style="color:red"></b> Bakı Metrosunun “28 May” stansiyasında cibgirlik etmiş iki nəfər tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş İlqar Mürsəlov və Vaqif Abbasov Ayla Həsənovanın cibindən mobil telefonu oğurladıqları üçün Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
 
Yaxalanmış şəxslər ətrafında əlavə araşdırmalar aparılır.
 





29.12.2012    çap et  çap et