525.Az

“Yeni Üfüq” cəbhə bölgəsində - Fotolar


 

“Yeni Üfüq” cəbhə bölgəsində - <b style="color:red">Fotolar</b>

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qurban bayramı münasibətilə Tərtər və Ağdamda tədbir keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, bu gün bütün İslam dünyasında böyük şövqlə qeyd edilir. Onun sözlərinə görə, Qurban bayramının mühüm əhəmiyyəti insanlar arasında varlı, kasıb demədən hər kəsi bir araya gətirir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli bu bayramın dini mahiyyətini vurğulayaraq qeyd edib ki, Allah-təala Qurban bayramında varlılara savab qazanmaları üçün bir fürsət verir: “Eyni zamanda bu bayram insanlar arasında sosial yardımlaşma əhəmiyyətinə malikdir. Varlılar öz mal-mülklərindən bir miqdarını qurbanlıq alıb kəsərək kasıb qohumuna, qonşusuna, tanıdığı və tanımadığı imkansız insanlara paylamaqla, onlara müəyyən qədər yardım etmiş olur”.

Qarabağ Qaziləri İctimai Birliyinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Şamil Əbilov və digərləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin həyata keçirdiyi bu humanitar aksiyanı yüksək qiymətləndirib və davamlı olaraq göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Daha sonra birliyin təşkilatçılığı ilə Tərtər şəhərində və Ağdamın Quzanlı qəsəbəsində şəhid və qazi ailələrinə qurban payları paylanıb. Eyni zamanda Tərtərin cəbhə bölgəsində yerləşən Çaylı, Həsənqaya, Şıxarx kəndlərindəki ailələrə də qurban payları verilib.

Qeyd edək ki, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən təşkil olunan bu aksiya Bakıda da davam edib.

 





25.09.2015    çap et  çap et