525.Az

Daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib


 

Daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib<b style="color:red"></b> Həcc ziyarətində daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib.
 
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
 
Onun sözlərinə görə, zəvvar Kəklik Aslanova günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, sentyabrın 24-də digər azərbaycanlı zəvvar, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişmişdi. Onun ürək tutmasından öldüyü bildirilirdi.
 





26.09.2015    çap et  çap et