525.Az

Avropada elektrik avtomobili istehsalına başlanılır


 

Avropada elektrik avtomobili istehsalına başlanılır<b style="color:red"></b> ABŞ-ın ilk elektroavtomobil istehsalçısı olan “Tesla Motors” şirkəti Avropada ilk müəssisəsini açıb.
 
İKT.lent.az-ın “The Financial Times”a istinadən verdiyi məlumata görə, müəssisə Hollandiyanın Tilburq şəhərində yerləşir. Burada həftədə təxminən 450 avtomobil istehsal olunması planlaşdırılır. “ModelS” sedanının modifikasiyasının da həyata keçiriləcəyi zavodun ərazisində 750 metr uzunluğunda trek var ki, burada müxtəlif keyfiyyətdə yollar imitasiya olunur. Həmin trekdə avtomobillərin keyfiyyəti, məsələn, səs və vibrasiyanın səviyyəsi, eləcə də avtonom idarəetmə sistemi test ediləcək.
 
“Tesla”nın rəhbəri İlon Mask bildirib ki, şirkət 2016-cı ilin əvvəllərində Avropada daha bir neçə zavod aça bilər.
 
Xatırladaq ki, “Apple” korporasiyası da elektromobil buraxmaq niyyətində olduğunu açıqlayıb.
 





26.09.2015    çap et  çap et