BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın Texas ştatından olan müsəlman şagird Əhməd Məhəmmədlə görüşüb.
İKT.lent.az-ın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, görüşdən əvvəl türkiyəli jurnalistlərlə söhbət edən Ə. Məhəmməd gələcəkdə Türkiyəyə səfər etmək istədiyini bildirib:
“Başqaları ciddi yanaşmasa belə, yaradıcı olmalıyıq. Mənim xəyalım irqçilik və ayrı-seçkiliyə qarşı şüur oyandırmaqdır”.
Ə. Məhəmməd baş nazir Davudoğlu və onun xanımı ilə selfi çəkib.
Qeyd edək ki, Sudan əsilli Əhməd Məhəmmədin düzəltdiyi saatı Texas ərazisində təhsil aldığı məktəbə aparması problemə səbəb olub. Belə ki, dərs zamanı saatın zəngi çalıb. Müəllimə ondan saatı göstərməsini tələb edib. Saatı görüncə isə onun bomba mexanizmi olduğunu düşünüb və polis çağırıb. Əhməd polis tərəfindən saxlanılıb. Hadisə ölkədə geniş əks-səda doğurub. Prezident Obama ilə yanaşı, “Facebook”un qurucusu Mark Zukerberq də Əhmədi görüşə dəvət edib və onun istedadına heyran olduğunu bildirib.
çap et