525.Az
Poroşenko Mustafa Cəmilova yüksək vəzifə verdi
Ukrayna prezidenti Pyotr Poroşenko Krım-tatar xalqlarının işi üzrə müvəkkil Mustafa Cəmilovu korrupsiya əleyhinə siyasət məsələləri üzrə Milli Şuranın sədri təyin edib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında çap olunub.
2014-cü il oktyabrın 14-də Pyotr Poroşenko prezident yanında adı çəkilən məşvərətçi-məsləhətçi Milli Şuranın yaradılması haqda fərman imzalayıb.
26.09.2015
çap et