525.Az

Minaatandan açılan atəş nəticəsində mülki şəxs həlak oldu


 

Minaatandan açılan atəş nəticəsində mülki şəxs həlak oldu<b style="color:red"></b>

Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən minaatanlardan istifadə edib. 

Bildirilir ki, Ağdamın Qaradağlı kənd sakini 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.
 
Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib. 

 





27.09.2015    çap et  çap et