525.Az

Levandovski yenidən diqqət mərkəzində


 

Levandovski yenidən diqqət mərkəzində<b style="color:red"></b>

Almaniya Bundesliqasında ən tez "het trik” və "penta trik” edən (9 dəqiqəyə 5 qol) futbolçu kimi tarixə düşən “Bavariya”nın futbolçusu Robert Levandovski daha bir uğurlu göstərici ilə yadda qalıb.

Qol.Az-ın məlumatına görə, “Mainz”lə oyunda dubl edən polşalı hücumçunun Bundesliqadakı qol sayı 100-ü keçib.

“Mainz”lə oyuna qədər 99 dəfə fərqlənən futbolçu 100-cü qolu üçün hazırlanmş xüsusi maykanı azarkeşlərə nümayiş etdirib.

Qeyd edək ki, Levandovski bu qolların  74-nü Dortmund  "Borussiya”sında  27-ni isə "Bavariya”da vurub.

 





27.09.2015    çap et  çap et