Rusiya prezidentinin işlər üzrə idarəsinin mətbuat katibi Viktor Xrekov vəfat edib.
Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Xrekov əməliyyat olunsa da, onun səhhəti yaxşılaşmayıb
Məlumata görə, o, bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Viktor Xrekov 1954-cü il iyulun 24-də anadan olub. 1976-1992-ci illərdə “TASS” informasiya agentliyində müxtəlif vəzifələr tutub.
O, 1999-cu ildən prezidentin işlər üzrə idarəsinin mətbuat katibi idi.
çap et